Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT - Azərbaycanda ŞOK ƏMƏL

Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT - Azərbaycanda ŞOK ƏMƏL
Hadisə 10412
“Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləmiş Elmir Axundov və Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmiş Famil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Elmir Axundov və Famil Şükürovun vəzifəli şəxs olmaqla işlərinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyiblər. Bu səbəbdən onların hərəkəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.Belə ki, onlar Lənkəran rayonunun Şağlakücə kəndində yerləşən İsabala Tağıyevə məxsus fərdi yaşayış evinə təbii qazın verilməsinə nəzarət etməyiblər, qaz borularının bacalarını təmizləməyiblər.Nəticədə 21 dekabr 2015-ci il tarixdə saat 13 radələrində həmin evdə yaşayan Təliyə Təqiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb.Bu hadisədən sonra Elmir Axundov öz səhlənkar hərəkətlərini gizlətmək üçün özü və tabeçiliyində olan çilingər Famil Şükürovla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil ediblər. Onlar hadisədən əvvəl həmin evə baxış keçirmələrini qeyd etməklə vəzifə saxtakarlığına yol veriblər.“Ev sahibinin gəlini...”İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.Təqsirləndirilən şəxs qismində ifadə verən Elmir Axundov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2015-ci ilin yanvarında Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə təyin edilib: “Həmin il dekabrın 21-də, günorta saatlarında mənə Şağlakücə kəndində bir qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyü bildirildi. Bu səbəbdən hadisə yerinə getdim. Orada ölən şəxsin ev sahibi İsabala Tağıyevin gəlini Təliyənin olduğu məlum oldu”.“İşinə səhlənkər yanaşıb”Elmir Axundovun sözlərinə görə, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməsi və texniki baxış keçirilməsi çilingər Famil Şükürova həvalə edilib: “Lakin Famil Şükürov xidmət etdiyi ərazidə yaşayan abonentlərinin evlərindəki qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmasını təmin etməli olub. O, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə və hamam otağında yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq bunu etməyib”.“Rəhbərlik tərəfindən töhmət verilib”Elmir Axundov qeyd edib ki, sözügedən hadisədən sonra Famil Şükürovdan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: “Famil həmin evə heç vaxt texniki baxış keçirmədiyini bildirdi. Famil Şükürovun səhlənkarlığı barədə dəfələrlə rəhbərliyə yazılı məlumatlar vermişəm. Yazmış olduğum məlumatlar əsasında 2015-ci il ərzində Famil Şükürova rəhbərlik tərəfindən bir dəfə “töhmət”, bir dəfə isə “yazılı xəbərdarlıq” elan edilib”.“Saxta aktı yazmaqdan imtina etdim”Təqsirləndirilən şəxsin sözlərinə görə, Şağlakücə kəndində baş vermiş hadisədən sonra Lənkəran Regional Qaz İstismarı İdarəsindən Əsədulla Abdullayev ona zəng edib və həmin ünvanda texniki baxış keçirilməsi barədə soruşub: “Mən də ona belə bir aktın olmadığını bildirdim. Bundan sonra Əsədulla Abdullayev idarəyə gələrək belə bir aktın yazılmasını istədi. Saxta aktı yazmaqdan boyun qaçırdım. Bu zaman Familin köçürmək üçün akt nümunəsi yazaraq, ona verməyimi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Bundan sonra aktın orta hissəsini qaralama şəklində yazaraq Əsədulla Abdullayevə verdim. Sonradan mənə məlum oldu ki, qaralama şəklində yazdığım aktın qalan hissəsini kimsə doldurub və Familə imza etdirərək aparıb”.Elmir Axundov qeyd edib ki, həmin sənədin əsli olmaya-olmaya, sübut kimi işə əlavə olunmuş aktın surətinə əsasən ibtidai istintaq tərəfindən ona ittiham irəli sürülüb: “Hesab edirəm ki, qaralama şəklində yazdığım akt kimsə tərəfindən sonradan fotomontaj vasitəsilə Familin imza etdiyi boş akt blank ilə birləşdirilib və nəticədə saxta akt düzəldilib. Bunu nəticəsində də haqqımda əsassız olaraq ittiham irəli sürülüb”.“Hamilə qadının öldüyünü bildirdi”Digər təqsirləndirilən Famil Şükürov bildirib ki, 2014-cü ildən idarədə cilingər vəzifəsində işləməyə başlayıb, 2016-cı ildə isə öz ərizəsi ilə işdən çıxıb.Təqsirləndirilən şəxs qeyd edib ki, xidmət etdiyi əraziyə Lənkəran rayonunun Şağlakücə, Qurunba, Narbağı, Rvo, Bəlləbur, Lüvəsər, Darquba və Kərgəlan kəndləri aid edilib: “İşə qəbul edilərkən peşə təlimatı ilə tanış edilmişəm. Həmin təlimatın tələbləri və təlimatda göstərilmiş işinin xüsusiyyətləri mənə izah olunub. Dekabrın 21-də günorta saatlarında rəisim Elmir Axundov mobil telefonuma zəng edərək Şağlaküçə kəndində bir hamilə qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyünü bildirdi. Mən də dərhal hadisə yerinə getdim”.“Bədbəxt hadisə baş verəməyəcəkdi”Famil Şükürov bildirib ki, hadisə yerinə baxış zamanı hamam otağının qapısının aşağı hissəsində dəliklərin olmadığı və hamam otağındakı su qızdırıcısının kustar üsulla hazırlandığı müəyyən edilib: “İşimin çoxluğu ilə əlaqədar vəzifəmin öhdəsindən gəlmədiyimə görə həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, bunu etməmişəm. Evə texniki baxış keçirmiş olsaydım, nöqsanları aşkar edilərdi, Nəticədə bədbəxt hadisə baş verməyəcəkdi”.“Boş aktı imzaladım”Famil Şükürovun sözlərinə görə, bundan bir müddət sonra Elmir Axundov ondan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: “Həmin evə texniki baxış keçirmədiyimi etiraf etmişəm. Dekabrın sonlarında Elmir Axundov məni xidməti otağına çağırdı. O, qarşıma daxili qaz avadanlıqlarına texniki baxış və profilaktik xidmət işləri keçirilməsi haqqında boş akt qoyaraq imzalamağımı xahiş etdi. Sonra bu aktı özü arxa tarixlə tərtib edəcəyini bildirdi. Mən də həmin boş aktı imzaladım”.Famil Şükürov qeyd edib ki, daha sonra Elmir Axundov “Yaşayış evlərində, ictimai binalarda və digər obyektlərdə qaz avadanlıqlarına texniki baxış və profilaktiki xidmət işlərinin keçirilməsinin qeydiyyat və təlimat jurnalı” ondan tələb edib: “Mən də həmin jurnalı Elmir Axundovun yanına gətirmişəm. O, həmin imzalanmış aktı arxa, yəni 10 noyabr 2015-ci il tarixlə tərtib etdi”.Günahkarların cəzasıLənkəran rayon Məhkəməsinin hökmü ilə Elmir Axundova 2 il, Famil Şükürova isə 3 il 6 ay müddətinə həbs verilib.Hökmə əsasən, Elmir Axundov 900 manat, Famil Şükürov isə 700 manat miqdarında da cərimə olunublar. Məhkəmə hər iki təqsirləndirilən şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri barədə qərar verib.Hökmdən narazı qalan Elmir Axundov apelyasiya şikayət edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Digər təqsirləndirilən şəxs isə apelyasiya şikayəti verməyib.Elmir Axundovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, birinci instansiya məhkəməsinin hökmü Elmir Axundova aid hissəsində dəyişdirilib.Elmir Axundova Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cəza təyin edilməyib. Buna səbəb həmin maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi nəzərə alınıb.Elmir Axundov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib və cəzası 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Hökm qalan hissədə qüvvədə saxlanılıb.Bu qərardan kasasiya şikayəti verilib. Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.Qərara görə, təqsirləndirilən şəxslərin kasasiya şikayəti təmin edilməyib.BAKU.WS

Oxşar xəbərlər

Bu rayonda qaz olmayacaq

Bu rayonda qaz olmayacaq

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq."Azəriqaz" İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində quraş...

1662 Sosial 10:00 30 may 2018

Son xəbərlər