Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq
Sosial 3932
Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, daşıyıcı qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyicinin və diametri 200mm-lik siyirtmənin təmiri eləcə də aşkar olunmuş qaz sızmalarının ləğvi ilə əlaqədar, sabah saat 09:00-dan təmir işləri tamamlananadək Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilə yaranacaq.Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Bu rayonda qaz olmaycaq

Bu rayonda qaz olmaycaq

Ziya Bünyadov prospektində diametri 530 mm-lik qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və Təbriz küçəsində diametri 315mm-lik yeni çəkilmiş polietilen...

1831 Sosial 18:18 22 may 2018

Son xəbərlər