Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ

Sabah Bakının bir hissəsində təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
Sosial 3707
Sabah Bakı şəhəri Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı təbii qazla təmin edən diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində quraşdırılmış siyirtmənin yenisi ilə əvəzlənməsi zəruriyyəti ilə əlaqədar, noyabrın 21-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonu Qara Qarayev, E. Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A. Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakının bir hissəsində qaz olmayacaq

Sabah Bakının bir hissəsində qaz olmayacaq

Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata görə, Xətai rayonu, General Şı...

4983 Sosial 20:45 26 oktyabr 2017

Son xəbərlər