Bu ərazilərdə üç gün təbii qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə üç gün təbii qaz olmayacaq – XƏBƏRDARLIQ
Sosial 5758
“Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolunda aparılan təmir işləri ilə bağlı tikinti sahəsinə düşən və “Qaz İxrac” İdarəsinin balansında olan “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin kəsişmə yerlərində yeni quraşdırılmış keçidlərin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar, sentyabrın 12-i, saat 07:00-dan 3 gün müddətində “Quba” və “Xaçmaz” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq.“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Bu gün Xətai rayonunda qaz olmayacaq — XƏBƏRDARLIQ

Bu gün Xətai rayonunda qaz olmayacaq — XƏBƏRDARLIQ

Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS verilən məlumata görə, Xətai rayonu, N...

1360 Sosial 09:45 25 avqust 2017

Son xəbərlər