Bu gün Xətai rayonunda qaz olmayacaq — XƏBƏRDARLIQ

Bu gün Xətai rayonunda qaz olmayacaq — XƏBƏRDARLIQ
Sosial 1360
Bu gün Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS verilən məlumata görə, Xətai rayonu, N.Tusi küçəsi 2942 “V” saylı ünvanda yerləşən “AKFA-Tikinti” MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, avqustun 25-də saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X. Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.BAKU.WS

Oxşar xəbərlər

Bu gün Bakının bu ərazilərində qaz olmayacaq

Bu gün Bakının bu ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində bu gün qaz təchizatında məhdudiyyətlər olacaq. "Azəriqaz" İstehsalat Birliyindən (İB) BAKU.WS-ə verilən məlumata görə, avqustun 4-d...

1707 Sosial 10:14 04 avqust 2017

Son xəbərlər