Gecə saat 4-də göndərilən mesaj - Məscidin 20 illik imamını və arvadını...

22
fev
2019
15:06
Dəhşət! Gecə saat 4-də mesaj gəldi - 20 illik imam və həyat yoldaşı...Türkiyənin Manisa bölgəsi Gördes rayonunda dəhşətli cinayəıt törədilib.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 ildir məsciddə imamlıq edən 52 yaşlı Həsən Arslan və 49 yaşlı xanımı Fatma Arslan evlərindən 35 kilometr aralıda yerləşən bir tövlədə ölü tapılıblar.Onların cəsədləri aşkarlanarkən ayaqları bağlı olub. Mərhumların meyitlərini aşkarlayan qohumlar polisi məlumatlandırıblar. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ayaqları bağlı olan cütlüyün boğazlarının altından ov tüfəngilə vurulduğunu müəyyən edib. Hadisə ilə bağlı istintaq başlayıb. Məlum olub ki, bu gün səhər saat 04.00 radələrində 2 uşaq anası Fatma Arslanın telefonundan qardaşının qızına "Heç kim intihardan sığortalanmayıb" yazılı bir mesaj göndərilib. Mesajı səhər oyananda görən qohumlar əvvəl onların yaşadığı evə gediblər. Ər-arvadı evdə tapmayan qohumlar evin ətrafındakı əraziyə baxış keçiriblər. Nəticədə tövlədə cütlüyün cəsədləri ilə qarşılaşıblar.Cütlüyün ayaqlarının bağlı olması ölüm hadisəsinin intihar olmadığına əsas verir. Faktla bağlı araşdırma davam edir.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qısqanc kişi arvadının başını kəsdi
Ötən gün Bakının Binəqədi rayonunda ailə dramı baş verib.BAKU.WS xəbər verir ki, hadisə dünən saat 13 radələrində qeydə alınıb.Hadisə yerinə hüquq-mühafizə orqa...
