Məsciddə seks qalmaqalı - Türkiyədə camaat ayağa qalxdı

Məsciddə seks qalmaqalı - Türkiyədə camaat ayağa qalxdı
Siyasət 4494
Türkiyənin Manisa şəhərində imam məscidə dəvət etdiyi qadınla cinsi əlaqəyə girdiyi üçün qovulub.BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.Evli və iki uşaq atası olan imam E.Ö. günorta namazı bitdikdən və dindarlar məscidi tərk etdikdən sonra qadını məscidin ərazisinə salıb. Mollanın bu hərəkəti ətrafdakıların diqqətindən yayınmayıb və onlar məscidə polis çağırıblar.5 avtomobil və 3 motosikletli polis dəstəsi hadisə yerinə gələndə artıq məscidin ətrafı insanlarla dolu olub.İçəridə qadınla bərabər olan imam 40 dəqiqə məscidin qapısını polislərə belə açmayıb. Camaatın və polislərin israrı ilə qapı açılıb. İlk olaraq bayıra çıxan suriyalı qadın, işəridə təmizlik işləri gördüklərini və yorulduqlarını bildirib. Onun ardınca imam bayıra çıxıb və məscidin qabağına toplaşanlara içəridə namaz qıldığını deyib.Hər ikisi polis bölməsinə aparılıb. İlk ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.Camaat onu məsciddən qovublar.İmamın daha öncə də yardım bəhanəsiylə bir neçə dəfə ərli qadınların evinə getdiyi iddia edilir. Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər