"Füzuli, Cəbrayıl və Ağdərə işğaldan azad ola bilərdi, əgər..."

Füzuli, Cəbrayıl və Ağdərə işğaldan azad ola bilərdi, əgər...
Hadisə 31532

 

"Biz gərək əlimizə düşən bu tarixi şansdan sona qədər yararlanardıq. Gərək işğalçını torpaqlarımızdan qovub çıxara-çıxara danışıqlara razılıq verərdik. Yəqin ki, bu müddət ərzində indiki dəqiqələrdə, ən azından Füzuli, Cəbrayıl və Ağdərə rayonları Azərbaycan ordusunun tam nəzarətində olardı. Bunu çəkinmədən deyirəm və bütün Azərbaycan xalqı bu şad xəbəri gözləyirdi".

Bunu BAKU.WS-ə açıqlamasında hərbi-ekspert Üzeyir Cəfərov söyləyib. Onun sözlərinə görə, ortalığa rus siyasətinin Putin-Lavrov tandemi düşdü və biz yenə də humanistlik numayiş etdirərək belə gözlənilməz qərar verdik:

"Mən əsla ölkə rəhbərliyinin bu qərarına hörmətsizlik kimi yanaşmıram, sadəcə daxilimdə olan inam və daxilimdə olan narahatçılıq onu deməyə əsas verir ki, ortalıqda çox çirkin və məkrli bir plan var. Düşmənə, hansı ki, bu son 4-5 gündə Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin gücünü, əzmini gördü. Bu dəfə Rusiyanın Putin-Lavrov cütlüyü bizim xalq üçün çox məkrli bir plan hazırlamaq fikirindədirlər və artıq onlar bu zəhəri altdan-altdan bizə tərəf püskürməyə başlayıblar. Beynəlxalq qurumlardan da heç bir gözləntim yoxdur. Sadəcə intensiv bir danışıq, müzakirə, bəzən reallığa yaxın, bəzən isə reallıqdan çox uzaq "siçan-pişik" oyunu oynanılmağa başlayacaq".

Ekspert Rusiyanın Dağıstandakı hərbi təlimləri ilə bağlı da danışıb. Ekspert hesab edir ki, Rusiyanın Azərbaycanın Şimalında təlim keçirməklə bir növ güc göstərir. Ü.Cəfərov hesab edir ki, Rusiyanın Azərbaycana hərbi müdaxilə etmək üçün heç bir əsası yoxdur: "Rusiya əvvəlki dövlət deyil. Bizim əsgərlər, ordumuz heç bir dövlətdən zəif deyil. Azərbaycan qonşu dövlətlərin güc göstərmək cəhdinə fikir verməməlidir. Balaca Çeçenistanla bacara bilməyən Rusiya Azərbaycan kimi bir dövlətlə heç vaxt qarşı-qarşıya gələ bilməz. Əgər belə bir çey olarsa, Türkiyə və Naxçıvan Ermənistana hərbi müdaxilə edəcək. Azərbaycana təkcə Türkiyə deyil, Pakistan və digər müttəfiq dövlətlər də dəstək verməyə hazırdır".   

Ü.Cəfərov cəbhədəki itkilərimizdən də söz açıb. Ekspert bildirir ki, Silahlı Qüvvələrimiz çox böyük qəhrəmanlıq və şücaət göstəriblər: "Tanrıdan 31 nəfər Müqəddəs Şəhidlik Zirvəsinə ucalan zabit və əsgərlərimizin, bacı və qardaşlarımızın əziz ruhlarına Ulu Tanrıdan rəhmət diləyirəm. Doğmalarına və əzizlərinə səbr və dözüm arzulayıram. Yaralı hərbçi və mülki vətəndaşlarımıza Allahdan tezliklə şəfa diləyirəm". 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ermənilər hücuma keçdi: 3 şəhid verdik (RƏSMİ)

Ermənilər hücuma keçdi: 3 şəhid verdik (RƏSMİ)

Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırma...

6596 Hadisə 09:51 04 aprel 2016

Son xəbərlər