FHN Türkmənistan sahillərinə təyyarə göndərdi

FHN Türkmənistan sahillərinə təyyarə göndərdi
Hadisə 720
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin gətirilməsi üçün Türkmənistana yola düşüb.

BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyiti tapılıb.

Meyiti tapılmış şəxsin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

BAKU.WS

Son xəbərlər