FHN-in təyyarəsi Türkmənistana uçdu

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılan meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, aprelin 2-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
"Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb, - nazirliyin məlumatında bildirilib.
BAKU.WS

Oxşar xəbərlər
Xəzər dənizində daha bir neftçinin meyiti tapıldı
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapıl...