FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb
 
                            
                            
                                12
                                mar
                            
                                2018
                                20:47
                            
                            
                        Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
FHN Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.FHN-dən BAKU.WS-ə bildiriblər ki, nazirliyin B...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    