Bakıda 3 nəfərin diri-diri yandığı dəhşətli qəza barədə RƏSMİ AÇIQLAMA (VİDEO)

Bakıda 3 nəfərin diri-diri yandığı dəhşətli qəza barədə RƏSMİ AÇIQLAMA (VİDEO)
Video
Hadisə 2863

 

Bakıda baş verən dəhşətli qəza barəsində FHN rəsmi məlumat yayıb.

 

BAKU.WS-in FHN-in saytına istinadla verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda "VAZ" və "KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində "VAZ” markalı minik avtomobilinin yanar hissələri yanmış və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər avtomobil yanğından mühafizə olunmuşdur. Əməliyyat saat 09:02-də başa çatıb. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Bakıda avtomobil körpüdən aşıb, ölən və yaralananlar var

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbər...

3249 Hadisə 09:15 01 aprel 2017

Son xəbərlər