FHN itkin dənizçinin meyitini vətənə gətirdi
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Vətənə gətirilib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb. Qeyd olunan təyyarə aprelin 22-də geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilib.
BAKU.WS
Oxşar xəbərlər
FHN Türkmənistan sahillərinə təyyarə göndərdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin gətirilməsi üçün Türkmənistana yola düşüb. BAKU.WS-in FHN-in saytına istinadən verdiyi məlumata...