FHN Ağsudakı dəhşətli qəza barədə məlumat yayıb - Ölənlərdən biri dövlət məmurudur
16
mar
2018
21:00
Fövqəladə Hallar Nazirliyi bu gün Ağsuda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Muradlı kəndi ərazisində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəzada 1 nəfər (sürücü) müxtəlif xəsarətlər alıb, 6 nəfər ölüb. Xəsarət alan şəxs, həmçinin 5 kişi və 1 qadın cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobillərdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Ölən iki nəfərin şəxsiyyəti müəyyən olunmuşdur. Bunlar 1965-ci il təvəllüdlü İsmiyev Teymurşah Surac oğlu və 1961-ci il təvəllüdlü İsmiyeva Mehbarə Yarməmməd qızıdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.Qeyd edək ki, həlak olanlardan biri - İsmiyev Teymurşah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Mərkəzinin Ağsu rayon şöbəsinin əməkdaşıdır.BAKU.WS
Oxşar xəbərlər
FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyy...