Bakıda gənc elektrik dirəyinə çıxıb FHN-ni ayağa qaldırdı

Bakıda gənc elektrik dirəyinə çıxıb FHN-ni ayağa qaldırdı
Hadisə 867
Abşeron rayonunun Goradil qəsəbəsində 1 nəfər elektrik dirəyinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.BAKU.WS Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər