Binanın damına çıxaraq aləmi bir-birinə qatdı

Binanın damına çıxaraq aləmi bir-birinə qatdı
Hadisə 963
Abşeron rayonunun Mehdiabad qəsəbəsində 1 nəfər yeddimərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər