İntihar üçün 9-cu mərtəbəyə çıxdı

27
iyl
2018
09:14
Qəbələ rayonunda intihara cəhd hadisəsi baş verib.BAKU.WS FHN-ə istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qəbələ şəhərində 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadın və kişi özünü binanın damından atmaq istəyib
Bakının Nəsimi rayonunda kişi dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.FHN-dən BAKU.WS-ə verilən məlumata görə, naz...
