Bakıda kişi binanın damına çıxıb intihara cəhd etdi

Bakıda kişi binanın damına çıxıb intihara cəhd etdi
Hadisə 1681
Paytaxtda intihara cəhdin qarşısı alınıb.Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kişi üçmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.BAKU.WS

Oxşar xəbərlər

Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapıldı

Paytaxtda mənzildən 62 yaşlı kişi meyiti tapılıb.Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlu...

1549 Hadisə 22:05 06 dekabr 2017

Son xəbərlər