Eyyub Hüseynovun qızı Kanadada vəfat etdi
11
sen
2019
15:26
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.Bu barədə BAKU.WS-ə Eyyub Hüseynov özü məlumat verib. Onun sözlərinə görə, 44 yaşlı qızı Xumar xərçəng xəstəliyindən dünyasını dəyişib. E. Hüseynov bildirib ki, Xumar bir ildir ağciyərində xərçəng xəstəliyindən müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb: "Xumar Hüseynova orta məktəbi qızıl medalla bitirmişdi. O, Toronto Universitetində magistratura və doktoranturanı birimişdi. Kanadada 8 il ürək damar cərrahı işləmişdi. Sonra Amerikada 4 il həkim işləmişdi. Onu xərçəng xəstəliyi yaxalamışdı. Harvard Universitetinin Onkologiya Mərkəzində 1 il müalicə alsa da, amerikalı və israilli həkimlər belə onu sağalda bilmədi".Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanlı tələbə Türkiyədə ürək xəstəliyindən vəfat etdi - 65 min dollar təqaüd qazanmışdı
Türkiyənin Bilkent Universitetində təhsil alan azərbaycanlı tələbə İbrahim Abbasov vəfat edib.BAKU.WS qafqazinfo-ya istiandən xəbər verir ki, universitetin Mexa...