Nazirin xalası qızı qocalar evində - FOTO
15
noy
2018
14:57
Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır.Unikal.org-un əldə etdiyi məlumata görə, Səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib. Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır.Bir müddət öncə açıqlama verən qadın bildirmişdi ki, qızı 57 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının ölümündən sonra 2 nəvəsi qadından imtina edib. Sovet dövründə rəhbər vəzifələrdə çalışan yaşlı qadın hazırda həm də ürəyin işemik xəstəliyindən əziyyət çəkir. Əminə Hüseynova xəstəliyi ilə əlaqədar müalicə ala bilmədiyi və xəstəxanaya yerləşdirilmədiyi üçün yeriyə bilmir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 8 aylıq hamilə qadın öldü
Salyan rayonunda hamilə qadın dünyasını dəyişib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan şəhəri, Fikrət Zərgərli küçəsi, 203 ünvanında qeydə alınıb...