Kişi 18 illik həyat yoldaşının xalası qızı ilə... – Bakıda ailə dramı
16
avq
2017
19:18
“Ərim məni atıb doğma xalam qızı ilə getdi. Oğlumla səfil vəziyyətdə qalmışıq. Nə telefona cavab verir, nə də ki bizi axtarır”. BAKU.WS qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Mehriban Musəvi öz şikayətində deyib. O bildirib ki, əri hazırda xalası qızı ilə birlikdə yaşayır: “Yardımlı rayonu Nisəkələ kənd sakini Cavanşir Bəkişovla 18 il əvvəl ailə həyatı qurmuşuq. Bir il sonra öyrəndim ki, xalam qızı Sevda Həsənova ilə aralarında əlaqə olub. Dava saldım, bir də o qızın üzünə baxmayacaqdım. O, evləndikdən sonra fikirləşdim ki, artıq aralarında hər hansı bir əlaqə olmaz. Ta ki ötən ilin noyabr ayında ərim bizi atıb onun yanına gedənə kimi. Cavanşir bir il əvvəl telefonda kimlərləsə yazışırdı, xalam qızı ailəli olduğu üçün onun olacağını düşünməmişdim. Amma hazırda birlikdə yaşayırlar. Qadın yetişkin iki qızı ilə birlikdə ərimin tutduğu birotaqlı mənzildə qalır.Yoldaşı Heydərəli Həsənov onların yazışmasını tutduqda, ərinə mənim yoldaşımı sevdiyini deyib. Heydərəli də evdən çıxıb gedib. Sevda Cavanşirə deyib ki, sənə 3 min manat verəcəm, iş qurarsan. O da evdən getdi. Ailəli olduğumuz zaman cehizlərimin hamısını satıb. Özü işləmirdi, bütün yük mənim üstümə düşürdü. Ona görə də indi hər yerim ağrıyır, əsəb xəstəliyi tapmışam. Bütün etdiklərimin qarşılığı olaraq oğlumla məni atıb getdi”.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı müğənninin 5 yaşlı qızı öldü (FOTO)
Müğənni Pərvin Lətifovun qızı dünyasını dəyişib. BAKU.WS "qafqazinfo”-ya istinadən xəbər verir ki, sənətçinin beş yaşlı qızı Gülər dünyasını dəyişib. Onun...