Evi yanan vətəndaşlara yardım edilib (FOTO)
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə ərazisində Şirvan dəmir yol massivi ev 5 mən.42-də və Dədə Qorqud küçəsi ev 22 a-da baş vermiş yanğından ziyan çəkmiş vətəndaşlara yardım edilib. BAKU.WS-in verdiyi məlumata görə, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi, Hacı Zeynalabdin Bələdiyyəsi və "İnayə” Xeyriyyə İctimai Birliyi ilə yardım aksiyasına qoşulublar. Zərərçəkmişlərə yardım göstərilməsində könüllü iştirak edən Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə nümayəndəliyi, Hacı Zeynalabdin Bələdiyyəsi və "İnayə” Xeyriyyə İctimai Birliyi yanğından ziyan çəkənlər üçün geyim və digər zəruri ərzaq məhsullarından ibarət yardım göstərilib.
Qeyd edək ki, fevral ayın ortalarında Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə ərazisində Şirvan dəmir yol massivi ev 5 mən.42-də və Dədə Qorqud küçəsi ev 22 a-da elektrik naqillərində baş verən qısa qapanmadan sonra yanğın baş verib. BAKU.WS
Oxşar xəbərlər
Dövlət başçısından pul mükafatları ilə bağlı sərəncam
Azərbaycan Prezidenti İlham Əliyev 2014/2015-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqı...