Aşura günündə qanvermə aksiyası keçiriləcək məscidlər (SİYAHI)

Aşura günündə qanvermə aksiyası keçiriləcək məscidlər (SİYAHI)
Sosial 916

 

Aşura günündə qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, artıq elan edildiyi kimi, bu il Aşura günü 24 oktyabr  2015-ci il tarixinə təsadüf edir.

Həmin gün respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

Qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təqdim edirik: 

1. Yasamal rayonu Təzəpir məscidi;

2. Yasamal rayonu Hacı Soltanəli məscidi;

3. Səbail rayonu Bibi-Heybət məscidi;

4. Səbail rayonu İçərişəhər Cümə məscidi;

5. Suraxanı rayonu Qaraçuxur məscidi;

6. Xəzər rayonu "Mir Mövsüm ağa” məscidi;

7. Nizami rayonu Keşlə qəsəbə məscidi;

8. Sumqayıt şəhər "Cümə” məscidi;

9. Gəncə şəhər "İmamzadə” məscidi;

10. Mingəçevir şəhər "Heydər” məscidi;

11. Şəki şəhər "Cümə” məscidi;

12. Lənkəran şəhəri Böyükbazar məscidi;

13. Bərdə şəhər "Cümə” məscidi;

14. Nəsimi rayonu Əjdərbəy məscidi.

Qeyd edək ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Bakının orta məktəbində kütləvi dava

Bakının orta məktəbində kütləvi dava

Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib. BAKU.WS-in məlumatına görə, bu barədə...

1154 Hadisə 15:42 15 oktyabr 2015

Son xəbərlər