Erməni nazirin maşını qəzaya düşdü - Ölənlər var

Erməni nazirin maşını qəzaya düşdü - Ölənlər var
Hadisə 913

 

Ermənistanın Sünik vilayətində (işğal altındakı Kəlbəcər rayonu ilə həmsərhəd) bu gün dekabrın 8-də Müdafiə Nazirliyinin mərkəzi aparatının iki əməkdaşı qəzada ölüb.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nömrə nişanını daşıyan "Lexus” avtomobili yolun hərəkət hissəsindən çıxaraq uçuruma yuvarlanıb. Nəticədə sürücü və sərnişin ölüb. shamshyan.com saytı ölənlərin müdafiə naziri Viqen Sərkisyanın mühafizə xidmətinin əməkdaşları olduğunu bildirir. Onların rütbələri göstərilmir.

Məlumata görə qəzaya uğrayan "Lexus”un nömrə nişanı "0001” –dir və qəza Yerevan-Mehri avtomobil yolunun 231-ci kilometrliyində baş verib. Avtomobil yoldan çıxaraq 40 metrlik uçuruma düşüb. Ölənlərdən biri müdafiə nazirinin təhlükəsizlik xidmətinin rəisi Armen Simonyandır. Hadisə yerinə çoxsaylı yol patrul polisi avtomobilləri və əməliyyat qrupu göndərilib.

BAKU.WS

Son xəbərlər