Erməni həkim əməliyyat zamanı çirkli döşəkağını xəstənin qarnında unutdu (FOTO, VİDEO)

Erməni həkim əməliyyat zamanı çirkli döşəkağını xəstənin qarnında unutdu (FOTO, VİDEO)
Video
Hadisə 3540

 

Rusiyada xəstəxanada qəribə hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, Sankt-Peterburqda zahı qadın 24 gün döşəkağılarla yaşayıb. Yuliya Selina adlı xanım unutqan həkimlərdən 800 min rubl kompensasiya tələb edir. 

Sankt-Peterburq Dövlət Tibb Universitetinin erməni həkimi Miryam Arakelyan ağlasığmaz səhvi ilə hər kəsi təəccübləndirib. Qadını qeysəriyyə əməliyyatına məcbur etməsi bəs deyilmiş kimi hələ əməliyyatdan sonra çirkli döşəkağını qadının qarnında unudub. Həkim bu səhvinin fərqinə varmayıb və doğuş kəsiyini bağlayıb. Bu hadisədən bir neçə gün sonra Yuliya qarnında kəskin ağrılar hiss etməyə başlayıb. Yenidən həkimə müraciət edən xanım ağrıların səbəbini öyrənəndə şok olub. 

Məsuliyyətsiz həkimin səhvini düzəltmək üçün Yuliyanı yenidən əməliyyat ediblər. Qarnındakı döşəkağı çıxarılıb və bundan sonra Yuliyanın ağrıları səngiyib. Bəxtsiz qadın qeysəriyyə əməliyyatından sonra günlərcə əziyyət çəkdiyini, hətta qışqıraraq yuxudan ayıldığını bildirib. 

Yuliya erməni həkimin bu səhvinin bağışlanılası olmadığını və onu məhkəməyə verəcəyini söyləyib. 

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər