Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat etdilər

Azərbaycanda ilk dəfə hamilə qadının ürəyində əməliyyat etdilər
Sosial 1893

Azərbaycan  Tibb Universitetinin  Tədris Cərrahiyyə Klinikasının həkimləri Azərbaycanda ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. BAKU.WS-in məlumatına görə, bu, dünyada üçüncü belə uğurlu əməliyyat olub. Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın böyük uğurla keçdiyini, bunun nəinki Azərbaycan, ümumiyyətlə bütün dünya üzrə böyük bir nəticə olduğunu bildirib. Çünki bundan əvvəl cəmi iki dəfə belə əməliyyat sayəsində həm ananın, həm də onun bətnindəki dölün həyat fəaliyyətini davam etdirməsi halına rast gəlinib. "Adətən klapan dəyişmə əməliyyatı özü kifayət qədər ciddi bir əməliyyatdır. Bundan əlavə, bu xəstəmizdə ikincili klapan dəyişmə əməliyyatı planlaşdırılırdı. Bu, işin ciddiyyətini daha da artırırdı. Xəstə qadının hamilə olduğunu, ana bətnində dölün olduğunu nəzərə alsaq, belə əməliyyatın həddən artıq məsuliyyətli olduğunu deyə bilərik. Çünki əməliyyat ana və dölün həyatı üçün riskli idi. Böyük fəxrlə qeyd etmək istərdim ki, dünyada üçüncü dəfə məhz biz hamilə qadında dölün həyat fəaliyyətini davam etdirməsi ilə belə uğurlu əməliyyatı icra etdik. Belə bir ilkə məhz Tədris Cərrahiyyə Klinikasında imza atıldığına görə qürur hissi keçiririk”, - deyə Asiman Həsənov bildirib. Azərbaycan üçün bir ilk olan bu əməliyyatın gedişi haqqında Tədris Cərrahiyyə Klinikasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, uzman həkim Mirəli Məcidov məlumat verib. Onun sözlərinə görə, 35 yaşlı qadın  3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. "Bu xanımda ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edildi, mexaniki klapan yerləşdirildi. Əməliyyatdan sonrakı dönəmdə hansısa bir problem yaranmadı”. Lakin əməliyyatdan sonra bu xanım hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin həmin xanıma əks göstəriş olduğunu izah ediblər. Həmin xanıma dölün salamat qalması ehtimalının çox az olduğu izah edilib. Buna baxmayaraq, özü də həkim olan bu xanım hamiləliyə qərar verib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı həkimlər ana bətnində ikən bədəninə maye yığılan uşağı xilas etdi

Azərbaycanlı həkimlər ana bətnində ikən bədəninə maye yığılan uşağı xilas etdi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün döş qəfəsinə maye yığıldığı üçün ana bətnində ikən əməliyyat olan uşaq sağlam bir şək...

1434 Hadisə 15:20 16 oktyabr 2015

Son xəbərlər