DYP rəisi işdə yol verdiyi nöqsanlara görə vəzifədən qovuldu

DYP rəisi işdə yol verdiyi nöqsanlara görə vəzifədən qovuldu
Hadisə 2124
 

Şabran rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Report-un xəbərinə görə, polis mayoru Söhbət Talıbov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama götürülüb.

Onun müavini isə daxili işlər orqanlarından xaric edilib. Şabran rayon dövlət yol polisi rəhbərliyində edilən dəyişikliklərə səbəb kimi, onların vəzifələrini və qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməmələri göstərilir.

Qeyd edək ki, bir müddət öncə Söhbət Talıbovun Şabran rayonunda gənclərlə mübahisə etməsi ilə bağlı məlumatlar yayılmışdı.

BAKU.WS

Oxşar xəbərlər

İki rayonun yol polisi rəisi dəyişdirildi

İki rayonun yol polisi rəisi dəyişdirildi

Bakının iki rayonunun yol polis rəisi dəyişdirilib. Xətai rayon Dövlət Yol Polisi şöbəsinin rəisi Vüqar Hüseynov və Binəqədi rayon Dövlət Yol Polisi şöbəsinin...

4736 Hadisə 12:10 14 oktyabr 2016

Son xəbərlər