Ramil Usubov Valik Vəlimətovu rəis təyin etdi

Ramil Usubov Valik Vəlimətovu rəis təyin etdi
Hadisə 11248
 

Azərbaycan daxili işlər orqanlarında yeni kadr dəyişiklikləri olub. ANS PRESS-in məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətov tutduğu vəzifədən azad edilərək Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov isə tutduğu vəzifədən azad edilərək Göyçay Rayon Polis Şöbəsinə təyinat alıb. Göyçay Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov isə Lənkəran Rayon Polis Şöbəsinə göndərilib.

Faktlar müvafiq qurumlar tərəfindən öz təsdiqini tapıb.

Siyəzən Rayon Polis Şöbəsinin rəisi təyin edilən Valik Vəlimətov faktı təsdiq edib və bildirib ki, ona göstərilən etimadi doğrultmağa çalışacaq.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Daxili işlər orqanlarında daha bir təyinat olub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri i...

2863 Hadisə 12:07 16 may 2016

Son xəbərlər