DTX-nın əməliyyatı nəticəsində saxlanılan nazirlik əməkdaşlarının mənimsədiyi məbləğ AÇIQLANDI
Müdafiə Nazirliyinin mənimsəmədə təqsirləndirilən zabitləri Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və maliyyə idarəsinin zabiti Əlizadə Vüsal Ədalət oğlu barəsində istintaq orqanının təqdimatına baxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Ümumi zərərin 10 milyon manatdan çox olduğu bildirilir.
Oxşar xəbərlər
Dövlətin kəndlilərə ayırdığı milyonlarla manatı oğurlayıb qaçdı, Dubayda tutuldu
Kənd Təsərrüfatı Nazirliyi və Əmanətlərin Sığortalanması Fondunun külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, fəaliyyəti dayandırılmış ”Röyal Bank”ın...