DİN Salyanda polisin özünü yandırmağa cəhdi barədə araşdırmalara başladı

DİN Salyanda polisin özünü yandırmağa cəhdi barədə araşdırmalara başladı
Hadisə 418

Daxili İşlər Nazirliyi Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xidmətin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib edib ki, polis əməkdaşının özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

"Əllərindən yüngül xəsarətlər alıb və Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.

Vəziyyəti qənaətbəxşdir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq".

Xatırladaq ki, Salyan rayonunun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üstünə alışdırıcı maddə tökərək özünü yandırmağa cəhd edib.

Oxşar xəbərlər

Salyanda polis özünü yandırmaq istəyib - FOTO

Salyanda polis özünü yandırmaq istəyib - FOTO

Ötən gün axşam saatlarında Salyan rayon polis şöbəsinin həyətində polis nəfəri özünü yandırmağa cəhd edib. BAKU.WS "Virtualaz.org" saytına istinadən xəbər verir...

1171 Hadisə 11:27 28 dekabr 2019

Son xəbərlər