Salyanda polis özünü yandırmaq istəyib - FOTO

Salyanda polis özünü yandırmaq istəyib - FOTO
Hadisə 1171

Ötən gün axşam saatlarında Salyan rayon polis şöbəsinin həyətində polis nəfəri özünü yandırmağa cəhd edib.

BAKU.WS "Virtualaz.org" saytına istinadən xəbər verir ki, ictimai təhlükəsizlik bölməsinin 33 yaşlı əməkdaşı, Salyan rayonunun Xalac kənd sakini, 2 azyaşlı uşaq atası Miri Bəxtiyar oğlu Fətiyev bu məqsədlə cibində gətirdiyi yanacağı üzərinə tökərək özünə od vurub.

Həmin vaxt sıra baxışına hazırlıq getdiyi üçün polis nəfəri yaxınlıqda toplaşmış əməkdaşları tərəfindən söndürülərək Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Miri Fətiyevə ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər