Salyanda velosipedçini maşın vurdu - FOTO

Salyanda velosipedçini maşın vurdu - FOTO
Hadisə 714
Bu gün axşam saatlarında Salyan şəhərindəki Kür çayı körpüsünün yanaşma yolunda velosipedçini maşın vurub.BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, 37 yaşlı velosipedçi , Babazanlı qəsəbə sakini Şahin Fəxrəddin oğlu Lətifov körpüyə qalxaraq evlərinə getmək istəyərkən onunla eyni istiqamətdə hərəkətdə olan, Salyan şəhər sakini, 24 yaşlı Əvəzağa Əhməd oğlu Lətifovun idarə etdiyi 10-HG-424 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşınla vurulub. Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər