"BMW" yolu keçən iki velosipedçini vurub, ölən və yaralanan var

BMW yolu keçən iki velosipedçini vurub, ölən və yaralanan var
Hadisə 7640

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

BAKU.WS report.az-a istinadən bildirir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan "KİA" markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən 25 yaşlı Akif Abdullayev hadisə yerində ölüb. Digər velosipedçi müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda sərnişin dolu avtobus minik maşınla toqquşdu (VİDEO)

Bakıda sərnişin dolu avtobus minik maşınla toqquşdu (VİDEO)

Gecə saatlarında Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib. BAKU.WS APA TV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu ilə minik avtomobilinin toq...

2779 Hadisə 14:41 07 iyul 2017

Son xəbərlər