Bakıda sərnişin dolu avtobus minik maşınla toqquşdu (VİDEO)

Bakıda sərnişin dolu avtobus minik maşınla toqquşdu (VİDEO)
Video
Hadisə 2779

 

Gecə saatlarında Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS APA TV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır xəsarət alıb.

Hadisə Ələt-Astara magistral yolunun Lökbatan dairəsindən keçən hissəsində, kənar dairəvi yolda qeydə alınıb. Şəhərdaxili xətt marşrutlarından birinə aid "Daewoo" markalı avtobus Lökbatan dairəsindən şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman onunla eyni istiqamətdə hərəkət edən "Opel" markalı minik maşını ilə toqquşub.

Nəticədə minik maşınında olan 43 yaşlı Sabir Məmmədov, 32 yaşlı Elşad Nəcəfov, 38 yaşlı Fuad Rəşidov və 47 yaşlı Vüqar Məmmədov ağır bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sərnişin avtobusu YPX əməkdaşları hadisə yerinə gələnə kimi ərazidən uzaqlaşdırılıb. Hadisənin səbəbləri araşdırılır.

BAKU.WS

Oxşar xəbərlər

Gəncədə sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var

Gəncədə sərnişin avtobusu qəzaya uğradı: Yaralılar var

Gəncə şəhərində sərnişin avtobusu minik avtomobili ilə toqquşub. BAKU.WS Report-a istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli or...

1671 Hadisə 21:57 09 iyun 2017

Son xəbərlər