Ziyarət üçün 2 nəfərin pulunu mənimsəyən DƏLƏDUZ danışdı - VİDEO
06
noy
2018
17:58
Salyan rayon Xalac kənd sakini Cəmil Mirzəyev Salyan Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, təsadüfən tanış olduğu Miramil adlı şəxs ondan iki nəfərin Məşhəd və Kərbəla ziyarətlərinə aparılması üçün 640 manat pulunu və ümumvətəndaş pasportunu alıb, lakin vədinə əməl etməyib.ARB TV xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər Heydər Əliyev küçəsi ev 46, mənzil 34-də yaşayan Amil Zeynalov olduğu müəyyənləşib.Lakin Amil Zeynalov həmin şəxsləri aparmayıb. Özü isə qeyd olunan ziyarətdən qayıdarkən saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı o, törətdiyi əməli etiraf edib.Amil Zeynalov - saxlanılan şəxs: “Cəmili tanıyırdım, qardaşnan məsciddə tanış olmuşdum. 3 nəfəri pulsuz aparacaqdıq ziyarətə, 2 nəfəri də puluynan. Nəsə bu iş alınmadı. Etdiyim bu hərəkətdən, işdən peşimanlıq çəkirəm”.Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Salyanda vətəndaşları ziyarətə aparmaq adı ilə aldadan şəxs saxlanılıb - FOTO
Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, ray...