Kişi Bakının mərkəzində özünü yandırdı

Kişi Bakının mərkəzində özünü yandırdı
Hadisə 1680

AMEA-nın keçmiş əməkdaşı intihara cəhd edib.

"Qafqazinfo” xəbər verir ki, 1956-cı ildə Ağsu rayonunda anadan olmuş Bədəlli Məğrub Ağamalı oğlu Filarmoniya bağının yaxınlığında şalvarının balaq hissəsinə spirt tökərək özünü yandırmağa cəhd göstərib. Yaxınlıqdakı polis əməkdaşları tərəfindən özünə qəsd cəhdinin qarşısı alınıb.

M. Bədəlov intihara cəhdinə səbəb kimi 15-ci polis bölməsində ona qarşı haqsızlıq olunduğunu qeyd edib.

Məlum olub ki, Ləhic bağları ərazisində müharibə veteranı kimi ona ayrılmış torpaq sahəsində ev tikən zaman RİH əməkdaşları tərəfindən tikinti dayandırılıb. Bu zaman tərəflər arasında qarşıdurma olub və hadisəyə polis müdaxilə edib. Buna etiraz olaraq isə M. Bədəlov intihara cəhd edib.

BAKU.WS

Oxşar xəbərlər

Bulvarda gənc qızla oğlan özünü dənizə atdı

Bulvarda gənc qızla oğlan özünü dənizə atdı

Bakı bulvarında növbəti dəfə intihara cəhd olub. Lent.az-ın məlumatına görə, 1996-cı il təvəllüdlü Vüsal Şahlar oğlu Alpənahov Dənizkənarı Milli Park ərazisind...

2480 Hadisə 16:51 14 sentyabr 2016

Son xəbərlər