“Diqlas”dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlandı
04
apr
2019
10:20
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi Qaydası”nı təsdiqləyib. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Hüquqi Aktların Dövlət Reyestrinə istinadən xəbər verir. Qaydaya əsasən, iş adamlarına maddi yarım nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən, plastik kartla ödəniləcək. Ticarət mərkəzində mağaza və anbar icarəyə götürmüş sahibkarlar 10 min manat, piştaxta və digər sahələr icarəyə götürmüş sahibkarlar isə 2 min manat yardım alacaqlar.BAKU.WS
Oxşar xəbərlər
“Diqlas”da mağaza və anbarı yanan sahibkara ödəniləcək məbləğ AÇIQLANDI
“Diqlas” ticarət mərkəzində mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara 10000 manat maddi yardım veriləcək.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, bu...