DİN-in "Sputnik-Azərbaycan"ın ofisindəki əməliyyatından görüntülər
Daxili İşlər Nazirliyinin "Sputnik-Azərbaycan" agentliyinin ofisində keçirdiyi əməliyyat çərçivəsində polis əməkdaşları redaksiyanın qarşısında dayanıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, redaksiyanın ətrafında bir neçə polis avtomobili də var.
Xatırladaq ki, iyunun 30-da "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirilməsi barədə məlumat daxil olub.
Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, "Sputnik-Azərbaycan"ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.
Qalereya
Oxşar xəbərlər
Toya getmək üçün qonşusunun evini qarət etdi, pul yazdıranda ifşa olundu
Ucar rayon sakini toya pul yazdırmaq üçün qonşusunun evini qarət edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndində baş verib. Kənd...