Dayanacaqda çantasını unudan şəxsin 1200 manatlıq qızılları oğurlandı
Paytaxtın Nəsimi rayonu, Moskva prospektində yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1 200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 22 yaşlı H.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orada qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.
Yeni Ramana qəsəbəsində isə evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov da müəyyən olunaraq saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
Oxşar xəbərlər
Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı
Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zama...