Dalğıc dənizdə batıb - FOTO

Dalğıc dənizdə batıb - FOTO
Hadisə 1568
 

Dünən axşam saatlarında Xəzər dənizinin Neftçala rayonuna yaxın ərazisində sərhədçi gəmisi tərəfindən dağlıc geyimində aşkar edilmiş cəsədin kimə məxsus olduğu məlum olub.

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya ETT Birliyinin Salyan rayonlararası Zona Mərkəzində aparılan tanınma zamanı məlum olub ki, bu, 10 gün əvvəl rəsmi axtarışa verilmiş Bakı şəhəri, Xətai rayon sakini, 62 yaşlı Fedin Yuri Fyodroviçin cəsədidir.

Mərhumun oğlu saytımıza bildirib ki, atası həvəskar və məşhur balıq ovçularından olub. Su altında ox atan silahla (qarpun) balıq ovlamaqla məşğul olurmuş. Eyni zamanda uzun illər dalğıc kimi də işləyib.

Hadisə iyunun 8-də Xəzərin Hövsan hissəsində baş verib. Dalğıc geyimində balıq tutmaq üçün dənizə baş vuran Yuri bir daha geri dönməyib. Hadisənin ya dalğalı dəniz, ya da dalğıc ləvazimatındakı texniki nasazlıq ucbatından baş verdiyini güman edilir.

Onu da qeyd edək ki, Yurinin ailəsində dalğıc olmaq ənənəsi var. Onun böyük oğlu Dmitri də ARDNŞ-in "as” dalğıclarındandır.

Mərhmun cəsədinin tanınması və Bakıya aparılması mərasiminə oğlu ilə bərarər həmkarları da gəliblər.

BAKU.WS

Son xəbərlər