Culfada kafedə ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Culfa şəhərində fəaliyyət göstərən kafedə ciddi nöqsanlar aşkar edilib.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən BAKU.WS-ə bildirilib ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-gigiyenik qaydalara əməl olunmadığı məlum olub.
Eyni zamanda istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb
"Taxtakörpü-Ceyranbatan" su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində bir nəfər suda batıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (F...