"İctimai" TV-nin əməkdaşı 6-cı mərtəbədən YIXILDI

İctimai TV-nin əməkdaşı 6-cı mərtəbədən YIXILDI
Hadisə 2756

Bakıda “İctimai” televiziyanın binasında xoşagəlməz hadisə baş verib.

BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb.

Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Bu xəbəri Mərkəzdən təsdiqləyiblər. Bildirilir ki, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki məlum deyil.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər