Cəlilabadda maşın kanala aşıb, sürücü ölüb

Cəlilabadda maşın kanala aşıb, sürücü ölüb
Hadisə 57

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad şəhərində "ВАЗ" markalı minik avtomobilinin körpüdən aşaraq su kanalına düşməsi barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər