Qubada BİABIRÇILIQ: Fahişələrin pulunu vermədilər, QAN DÜŞDÜ

Qubada BİABIRÇILIQ: Fahişələrin pulunu vermədilər, QAN DÜŞDÜ
Hadisə 14984

 

Soyğunçuluqda təqsirli bilinən Rəşad Hacıyev və onun tanışı Qızbahar Qəribovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rəşad Hacıyev tanışı Qızbahar Qəribova ilə cinayət əlaqəsinə girərək Asəf Abdullayevə qarşı soyğunçuluq edib.

Rəşad Hacıyev 15 aprel 2015-ci il tarixdə, gecə 2 radələrində Quba rayonu, Qırmızı qəsəbə, Dağlı küçəsi, 36 saylı evin qarşısında Qızbahar Qəribova ilə birlikdə Asəf Abdullayevin mobil telefonunu ələ keçirmək məqsədilə sonuncunu döyüblər.

Onlar zorla Asəf Abdullayevin "Nokia-206” markalı mobil telefonunu əlindən alıblar və ona 47 manat məbləğində maddi ziyan vurublar.

"Qızbaharla Laləni Quba rayonuna yola saldım”

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad Hacıyev bildirib ki, aprelin 14-də Qusar şəhərindəki "Xidir” kafesində tanışları Qızbahar və Lalə ilə görüşərək çay içib, söhbət ediblər: "Qızbahar həmin vaxt mənə kiminsə Laləyə zəng edərək ona pul qarşılığında cinsi əlaqədə olmaq təklifi edildiyini bildirdi. Dedi ki, hər birinə 30 manat pul veriləcək. Saat 21 radələrində Qızbaharla Laləni Qusar şəhər avtovağzalında taksiyə mindirərək Quba rayonuna yola saldım”.

"60 manatı vermədiyini bildirdi”

Rəşad Hacıyev qeyd edib ki, aprelin 14-dən 15-nə keçən gecə təxminən saat 1 radələrində Qızbahara zəng edib və harada olduğunu soruşub: "Qızbahar Qubanın Qırmızı qəsəbəsində olduqlarını və bir azdan gələcəklərini, onları taksi ilə gələrək Dağlı kəndinin girəcəyində gözləməyimi xahiş etdi. Tanımadığım taksi ilə ora getdim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən bir saat sonra Lalə ilə Qızbahar tanımadığı bir oğlanla gələrək ona yaxınlaşıb: "Qızbahar təlaşlı halda mənə yaxınlaşaraq, onlarla cinsi əlaqədə olan oğlanın 60 manatı vermədiyini bildirdi. Qızbahargili maşınla gətirən oğlanın onların pulunu verməyən şəxsin dostu Asəf olduğunu öyrəndim. Asəfə yaxınlaşaraq "sənin dostun niyə qızların pulunu verməyib?” - deyə soruşdum. Asəf isə "qızları mən çağırtdırmamışam, onları kim çağırtdırıbsa, onlarla kim cinsi əlaqədə olubsa, gedib ondan soruş, mənim bunlardan xəbərim yoxdur” - deyə cavab verdi. Belə olduqda Asəfdən məni qızların pulunu verməyən şəxsin yanına aparmasını dedim. Qızbahar və Asəflə birlikdə Qırmızı qəsəbəyə getdik, Lalə isə bizi Dağlı yolunda gözləyəcəyini bildirdi. Asəf bizi evin qarşısına gətirərkən, Qızbahar oranı tanıdığını, Lalə ilə həmin evdə olduqlarını bildirdi, lakin qapını döydüyümüz zaman heç kim cavab vermədi və evin işıqları sönülü idi. Asəf "Yusif, Yusif”, deyə ucadan çağırsa da, heç kim cavab vermədi və evdə heç kimin olmadığına əmin olduq”.

"Bir-birimizə qarşı nalayiq ifadələr işlətdik”

Rəşad Hacıyev qeyd edib ki, Yusifin pulunu Asəfdən tələb edib: "Asəf dedi ki, mənim 60 manatım yoxdur. Bu zaman Asəfə "pulun yoxdursa, onda əlindəki telefonu qızlara verəcəksən, sən isə pulunu Yusifdən özün alarsan” dedim. Asəf cavab olaraq bildirdi ki, pulum yoxdur, olsa da vermərəm, siz kimsiniz ki, mən telefonu sizə verim. Onun sözlərindən əsəbləşdim və aramızda mübahisə yarandı. Mübahisə zamanı bir-birimizə qarşı nalayiq ifadələr işlətdik və əlbəyaxa olduq. Bu zaman Qızbahar taxta stulla Asəfin ayağına zərbə vurdu. Zərbənin təsirindən Asəf yerə yıxıldı və Asəfin üstünə uzanaraq, əlindəki "Nokia” markalı mobil telefonu almağa çalışdım. Asəf telefonu vermək istəməsə də, güc tətbiq edərək telefonu aldım. Sonra yerdən qalxaraq Qızbaharla birlikdə ordan qaçdıq. Asəfin telefonunu səhəri gün sataraq pulunu Qızbahara vermək məqsədilə özümdə saxladım. Sonradan Asəfin polisə şikayət etdiyini eşidərək, Qızbaharla birlikdə əldə etdiyimiz mobil telefon aparatını polis əməkdaşlarına təhvil verdik”.

"Mənimlə cinsi əlaqədə olmağı təklif etdi”

Təqsirləndirilən Qızbahar Qəribova bildirib ki, Rəşad Hacıyevlə söhbətləşəndən sonra Lalə ilə birlikdə pul qarşılığında cinsi əlaqədə olmaq üçün Quba rayonuna gediblər: "Yusif adlı oğlan bizi evinə apardı. Yeyib-içəndən sonra Yusif Laləni otağa apararaq onunla cinsi əlaqədə oldu. Sonra Yusif mənimlə cinsi əlaqədə olmağı təklif etdi, lakin hamilə olduğum üçün Yusiflə cinsi əlaqədə olmaq istəmədim”.

Qızbahar Qəribovanın sözlərinə görə, saat 24 radələrində Yusif kiməsə zəng edərək evə çörək almasını xahiş etdi: "Təxminən yarım saat sonra Asəf adlı şəxs gəldi. Yusif bizi Asəfə təqdim etdi və ona təklif etdi ki, bizimlə cinsi əlaqədə olsun. O, təklifdən imtina etdi. Az sonra Yusif yenidən Laləni qonşu otağa apardı, Asəf isə mənimlə namazdan, dualardan danışdı. Saat 2 radələrində Laləyə getmək vaxtı olduğunu işarə verdim. Lalə Yusifə "daha gecdir, biz getmək istəyirik, biz sənə lazım olan vaxtdan da artıq müddətdə qulluq etdik, indi pulumuzu ver, çıxıb gedək” - deyə bildirdi. Yusif nə qədər pul verəcəyini soruşdu, ona 60 manat borcu olduğunu bildirdim. Bu vaxt Yusif mənə "sən heç kimlə cinsi əlaqədə olmamısan, mən sizə nə üçün 60 manat verməliyəm?”, deyərək, cinsi əlaqədə təkcə Lalənin olmasını xatırlatdı və buna görə də bizə 30 manat verəcəyini dedi. Yusifin sözündən əsəbləşərək, onunla sözlə mübahisə etdim və mübahisə vaxtı Asəf Yusifə "bir az yavaş danışın, qonşular eşidəcək, ayıbdır” deyə iradını bildirdi. Yusif Asəfə dedi ki, sən qızları Dağlı yoluna apar, stansiyanın yanında məni gözlə, mən paltarlarımı geyinib, gəlirəm, qızların pulunu orada verəcəyəm. Asəf Yusifə etiraz etməyərək, onun dediyi kimi birlikdə Dağlı kəndinə gedən yolayrıcı istiqamətində getdik. Yolda Rəşad mobil telefonuma zəng edərək harada olmağımızla maraqlandı. Bu zaman Rəşada telefonda Yusifin bizə qarşı elədiyi hərəkəti barədə danışdım”.

"Asəfdən "nə üçün qızların pullarını vermirsiniz?” - deyə soruşdu”

Qızbahar Qəribova qeyd edib ki, Rəşad telefonda onu gözləmələrini və özünün gələrək məsələni həll edəcəyini bildirib: "Biz Dağlı yoluna çatanda Rəşad artıq orda idi. Rəşad maşından düşən zaman Lalə qaça-qaça ona tərəf getdi və bizi Qubaya çağıran yəhudi oğlanın pulu vermədiyini dedi. Bu zaman Rəşad əsəbi halda Asəfi göstərərək "bu kimdir”, deyə soruşdu. Lalə isə Rəşada "onun heç bir günahı yoxdur, onun nə mənimlə, nə də Qızbaharla işi olmayıb, pulumuzu verməyən bu oğlanın dostudur” - deyə cavab verdi. Bundan sonra Rəşad məndən "yəhudi səni vurdumu?” - deyə soruşdu. Mən isə vurmadığını, amma pullarımızı vermədiyinə görə aramızda mübahisə düşdüyünü dedim. Rəşad Asəfdən "nə üçün qızların pullarını vermirsiniz?” - deyə soruşdu. Asəf isə "qızları mən çağırtdırmamışam, onları kim çağırtdırıb, cinsi əlaqədə olub, gedib pulunuzu da ondan istəyin, mənim bunlardan xəbərim yoxdur” - dedi”.

Qızbahar Qəribova daha sonra ifadəsində Asəflə birlikdə Yusifin evinə getməklərindən, Asəfi döyüb telefonunu əlindən almaqlarından danışıb. Məhkəmənin hökmü ilə Rəşad Hacıyev 5 il, Qızbahar Qəribova isə 2 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)

BAKU.WS

Son xəbərlər