Azərbaycanda 5 nəfərin öldüyü qəzadan dəhşətli görüntülər - YENİLƏNİB - VİDEO

Azərbaycanda 5 nəfərin öldüyü qəzadan dəhşətli görüntülər - YENİLƏNİB - VİDEO
Foto Video
Hadisə 4008

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***09:12

Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər