Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurova vəfat edib

Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.
Bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib.
N.Mansurova yanvarın 5-də də "Liv Bona Dea" hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.
Oxşar xəbərlər
"Qumar kralı" şəkili Yusifin "sağ əli" HƏBS EDİLDİ
Kazino kralı kimi tanınan şəkili Yusifin "sağ əli" həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, kazino kralının yardımçısı, "Əhmədli Pərviz" kimi tan...
