Bu gün Azərbaycan xanımlarını təhqir edən məşhurun məhkəməsidir - QALMAQAL
17
sen
2018
10:28
Tanınmış prodüser Sultan Mustafayevlə Naz Milanın (Müşkünaz Seyidzadə) arasındakı qalmaqal məhkəmədə davam edəcək.BAKU.WS xəbər verir ki, ilk məhkəmə iclası bu gün Səbayel rayon Məhkəməsində baş tutacaq.İddiaçı S.Mustafayev bu günü səbirsizliklə gözlədiyini deyir: "Bu gün - 17 sentyabr 2018-ci il çoxdandır gözlədiyim ilk məhkəmədir. Mənim şikayətim əsasında, xalqımın qeyrətli xanımlarını təhqir etdiyi üçün hamının tanıdığı Naz Mila (Müşkünaz Seyidzadə) məhkəməyə vermişəm. Təzminat olaraq 1 milyon manat və Azərbaycan xanımlarından üzr istəməsini tələb edirəm. Görək sabah Səbayel məhkəməsində nələr olacaq?Qarşı tərəfin məhkəməyə qatılacağı şübhə altındadır".Xatırladaq ki, azərbaycanlı prodüser Sultan Mustafayev bu ilin mart ayında Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan Naz Mila ilə şəxsi yazışmalarını yayıb. Yazışmalarda Naz Mila Azərbaycan xalqını nalayiq ifadələrlə təhqir edir. Beləki, prodüser Naz Milaya söyüş söydüyü üçün irad bildirib və Azərbaycan xalqının adını batırmaqda ittiham edib. Qarşı tərəf buna cavab olaraq Azərbaycan xanımlarınının ünvanına təhqiramiz ifadə işlədib.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Tanınmış prodüser özünü şou-biznesin Şeyx Sultanı elan etdi: Ağıllı olun, çaşmayın! - FOTO
Avropa prodüseri kimi tanıdığımız Sultan Mustafayev özünü şou-biznesin Şeyx Sultanı elan edib.BAKU.WS xəbər verir ki, qalmaqallı prodüser arxasınca dedi-qodu ed...