"Damla oxuyanda sanki tualetdə əziyyət çəkir" deyən Sultandan gözlənilməz addım - VİDEO
11
iyl
2018
17:45
"Damla ifaçı deyil. O oxuyanda sanki tualetdə əziyyət çəkir" deyən prodüser Sultan Mustafayev gözlənilməz addım atıb.BAKU.WS xəbər verir ki, o, müğənninin dünən Yaşıl Teatrda baş tutan konsertinə gedib. Qalmaqallı açıqlamaları ilə tez-tez gündəmə gələn Avropa prodüseri konsertdə iştirak etməklə kifayətlənməyib. Sultan səhnəyə qalxaraq Damlaya gül dəstəsi verib və əlindən öpüb. Onun bu hərəkəti birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə ünvanına yazılan tənqid və qınaqlara cavab vermək məcburiyyətində qalan prodüser belə deyib: "Bəli, mən Damlanın konsertində iştirak etdim. Dəyərli dostum, çox hörmət bəslədiyim insan Şamil bəy mənə dəvətnamə göndərmişdi. Mən Avropa Produseri olaraq öz dostumun dəvətini yerə salmayıb Damlanın konsertinə getdim. Mənim Damla ilə olan söz-söhbətlərim artıq keçmişdə qaldı və biz gələcəyə mehribancasına irəliəyirik. Həyat davam edir, hər ikimizə uğurlar arzu edirəm". Zulfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Damla tanınmış müğənninin əri ilə sevgili olub; - Afaq SİRLƏRİ AÇDI (VİDEO)
Müğənni Afaq Aslan həmkarı Damla barəsində tənqidi fikirlər səsləndirib. BAKU.WS-in məlumatına görə, "Düz bazar" verilişinə qonaq olan A.Aslan Damlanın ünvanına...