Məhkəmə Röyanın Aygünə qarşı 50 minlik iddiasını rədd etdi
06
apr
2018
17:15
Səbail Rayon Məhkəməsində əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə iclası başa çatıb.BAKU.WS Report-a istinadən xəbər verir ki, hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Məhkəmə R.Ayxanın iddiasının rədd edilməsi barədə qərar çıxarıb.İki məşhurun arasında qalmaqalın yaranması isə ARB TV-də xalq artistinin əməkdar artistinin ünvanına səsləndiridiyi sərt təngidlər olub.R.Ayxan iddia ərizisində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib.Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək müğənni həmkarını məhkəməyə verib. O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edirdi.Xatırladaq ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Röya ilə Aygün arasında DAVA daha da alovlandı:"Ayağım altında qalanlar yaşıl işıqda önümdən keçənlərdi"(FOTO)
Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Röya Ayxan arasında qalmaqal daha da şiddətlənib. Bir - birinə sosial şəbəkə vasitəsi ilə sərt ismarıclar yollaya...