Röya Aygündən 50 min manat təzminat tələb edir
04
yan
2018
10:14
Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəylərdən mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.BAKU.WS xəbər verir ki, bu barədə "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov məlumat verib.V.Şükürov bildirib ki, A.Bəylər ARB televiziyasında R.Ayxanın şərəf və ləyaqətini təhqir edib. Buna görə də R.Ayxan iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək onu məhkəməyə verib: "Müraciətin icraata qəbul edilib-edilməməsi yaxın günlərdə bilinəcək".Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.BAKU.WS
Oxşar xəbərlər
Röya Aygün Bəyləri məhkəməyə verdi - sənətini alçaltdığı üçün
Əməkdar artist Aygün Bəylər və həmkarı Röya Ayxan qalmaqalının növbəti mərhələsi başlayır.BAKU.WS primetime.az-a istinadən xəbər verir ki, susmağa üstünlük verə...